image-reklam-veteninfo
image-img_0778backend

AMEA-nın prezidenti İsa Həbibbəyli Pakistan Ədəbiyyat Akademiyasının prezidenti Nəcibə Ariflə görüşüb

image-reklam-veteninfo

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Nəcibə Ariflə görüşüb.

AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə akademik İsa Həbibbəyli Pakistanın hər zaman Azərbaycana dost, qardaş ölkə olduğunu, son illərdə dövlət başçılarımızın sıx münasibətləri sayəsində ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən elm sahəsində geniş əməkdaşlıq münasibətlərinin qurulduğunu və inkişaf etdirildiyini söyləyib.

Elmi əməkdaşlıq əlaqələri nəticəsində Akademiyada Pakistan ədəbiyyatı ilə bağlı tədqiqatların aparıldığını, AMEA-nın Ədəbiyyat İnstitutu tərəfindən Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin Azərbaycan dilinə tərcümə edildiyini deyən akademik İsa Həbibbəyli, eyni zamanda “Kitabi-Dədə Qorqud” dastanının və özünün “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” adlı kitabının urdu dilinə tərcümə edilərək Pakistanda təqdimatlarının keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, Ədəbiyyat İnstitutu tərəfindən Sultan Bahonun əsərləri də tərcümə edilib və çap ərfəsindədir.

Bundan əlavə, Azərbaycan Milli Elmlər Akademiyasının Pakistan Ədəbiyyat Akademiyası, Lahor Dövlət Kollec Universiteti, Pakistan Müslüm İnstitutu, Sinqh Universiteti  və digər akademik qurumları ilə geniş əlaqələrinin olduğunu, hazırda AMEA-nın Ədəbiyyat İnstitutunda Pakistan Ədəbiyyatı Mərkəzinin, Lahor Dövlət Kollec Universitetində isə öz növbəsində Azərbaycan Ədəbiyyatı Mərkəzinin fəaliyyət göstərdiyini vurğulayıb.

AMEA rəhbəri bu ilin oktyabr ayında keçiriləcək, Pakistanın da təmsil olunacağı 12-ci Bakı Beynəlxalq kitab sərgisində sərgi çərçivəsində birgə tədbirin keçirilməsini təklif edib.

Sonra çıxış edən Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Nəcibə Arif səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib, elmi və ədəbi əlaqələrimizin inkişafından məmnunluğunu dilə gətirib. O, 12-ci Bakı Beynəlxalq kitab sərgisində sərgi çərçivəsində birgə tədbirin keçirilməsini müsbət dəyərləndirib, müştərək tədbirlərin elmi əlaqələrimizin dərinləşməsinə və genişlənməsinə töhfə verdiyini söyləyib. Professor Nəcibə Arif Pakistan Ədəbiyyat Akademiyasında Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı tərcümə işlərinin davam etdirildiyini diqqətə çatdırıb.

Çıxışlardan sonra xatirə hədiyyələri təqdim edilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki