Hər bir dövlətin öz cəmiyyəti var. Xalqın, millətin , cəmiyyətin daim ön planda olanısa gənclərdir. Dövlətin bir çox sosial tədbirlərində, gənclər mühüm yer tutur. Ölkənin cəmiyyətin nə səviyyədə olduğunusa bilmək üçün ölkənin gənclərin düşüncəsi, gələcəklə bağlı fikirləri əsası isə vətənpərvərlik duyğularinin olması önəmli rol oynayır.
Bir dövlətin tarixi daim diqqət mərkəzində olmalıdır. Dövlətin qürur verici tarixi səhifələri gənc nəsillə daim öyrədilməlidir. Ökəmizin tarixinə baxdıqda böyük sərkərdələrimizin , hökümdarlarımızın gənclik dönəmlərindən bəri dünya görüşü geniş və vətəninə olan böyük sevgisi diqqəti çəkir.
Xalqı , milləti birlik edən və , onun uğrunda canını belə verməyə hazır olan gənclərin böyük ürəyi olmalı və o ürəkdə alovu heç bir zaman sönməyən vətən sevgisi olmalıdır. Azərbaycan gəncliyinin qəhrəmanlıqları tarix boyu daim vətənpərvərlik alovunun sönmədiyni əksinə ildən ilə daha da alovlandığını göstərir.
Ana vətənimiz çağırdıqda övladları daima harayına “Can” deyib yetişmişlər.
Son yaxın illərdə isə Azərbaycan gəncliyinin , xalqının vətən sevgisi bütün dünyaya bəlli olmuşdur.
2 ci Qarabağ müharibəsi dönəmində Gənclərimiz torpaqlarımız uğrunda canlarından, sağlamlıqlarından keçmişlərdir.
İgid ordumuzun canı bahasına qazandığı Qələbə hələ tarix boyu çox danışılacaqdır.
Azərbaycan xalqının , ordusunun böyük vətən sevgisi bütün dünyanı heyrətə gətirmiş , düşməni isə böyük qorxuya salmışdır. Azərbaycanın igid gəncləri həm hərb meydanında , həmdə informasiya müharibəsində qələbə çalmışdır.
İgid ordumuz vətənimizdən ayrı düşən Qarabağımızı bizə geri qaytarmışdır. Gənclərimizin müharibə meydanındakı qəhrəmanlığı hər bir Azərbaycanlının qürur mənbəyidir.
Dumanlı dağlarla əhatələnmiş Şuşa şəhərinin düşməndən azad olunması isə hələ də heyrət doğurur. İgid ordumuz sıldırımlı Şuşa dağlarına dırmaşaraq, atəş açmadan əlbəyaxa döyüşdə qələbə qazanıb.
Hazırda isə hərbi məktəblərdə 21 ci əsrin müharibəsi 2 ci Qarabağ müharibəsində istifadə olunmuş döyüş və hücum taktikaları öyrənilir. Lakin unutmaq olmaz ki, qəlbində vətən eşqi olan ordu ancaq belə bir qələbəni qazana bilərdi.
Nəsimi rayon Gənci:
Əliyeva Rəfiqəxanım