“Builki Tədbirlər Planına uyğun olaraq 40 min hektar ərazi minalardan təmizlənəcək”.
Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə tədbirində deyib.
Onun sözlərinə görə, bunun yarısı ANAMA-nın öhdəliyidir.
ANAMA sədri qeyd edib ki, minatəmizləmə heyətinin sayı iki dəfə artırılacaq.
“Maddi-texniki baza gücləndirilib, yeni texnika və avadanlıqlar alınıb”, – Vüqar Süleymanov vurğulayıb.