image-interpress_dcb0f634a3f5f6d4ecfcd3dc4ec58d91_ubkqimz0c4tj98rwfeysbackend

Ankarada “Erməni işğalı dövründə yeraltı və yerüstü təbii sərvətlərimizin talanı” adlı beynəlxalq konfrans keçirilib

image-reklam_sirab_01

Ankarada “Erməni işğalı dövründə yeraltı və yerüstü təbii sərvətlərimizin talanı” adlı beynəlxalq konfrans keçirilib.

Qafar Çaxmaqlı: “Ermənistan Azərbaycana vurduğu yüz milyardlarla zərərə görə təzminat ödəməlidir”

Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası” İctimai Birliyinin təşkilatçılığı ilə “Erməni işğalı dövründə yeraltı sərvətlərimizin talanı, qanunsuz istismarı, ticarəti və digər vandalizm fəaliyyətlərinin ifşası” layihəsi çərçivəsində beynəlxalq konfrans təşkil edilmişdir. Tədbirin mövzusu erməni işğalı dövründə yeraltı sərvətlərimizin talanı, qanunsuz istismarı olmuşdur. Tədbirdə Türkiyənin məşhur tarixçi alimlərindən biri olan professor Selma Yelin moderatorluğu ilə Ankara Gazi və Ankara Hacı Bayram Veli Üniversitetlərinin tələbələri, müəllim heyəti, tarixçilər, ictimaiyyət nümayəndələri istirak etmişlər
İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri “Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası” İctimai Birliyinin sədri Qafar Mehdiyev (Çaxmaqlı) layihə haqqında ümumi məlumat vermiş, erməni işğalı dövründə Qarabağ, Şərqi Zəngəzur bölgəsində yeraltı və yerüstü təbii sərvətlərimizin talanı, qeyri-qanuni istismarı və ticarətinin beynəlxal qanunlara zidd, iqtisadi cinayət olduğu qeyd edilmişdir, bu cinayətlərə görə Ermənistanın təzminat ödəməsinin vacibliyi vurğulamışdır. Tədbirə qatılan professor Toğrul İsmayıl, dosent Sinan Demirtürk, dosent Nazim Cəfərsoy, və başqaları 44 günlük Zəfərdən sonra bölgənin geopolotik durumunu dəyərləndirmişlər. Ermənilərin beynəlxalq sahədə ifşa olunmasının Türkiyə və Azərbaycan gənclərinin öhdəsinə düşən vəzifə olduğu qeyd edilmişdir Tədbirdə eyni zamanda layihə çərçivəsində mövzu ilə əlaqədar olaraq çap edilmiş bukletlər iştirakçılara təqdim edilmiş, çoxsaylı suallara cavab verilmişdir.
MAJL Mətbuat xidməti




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki