image-3backend

Aran rayonlarında 40 dərəcə isti olub – FAKTİKİ HAVA

image-reklam_sirab_01

Saat 9:00-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Vətəninfo..az-a  verilən məlumata görə, düşən yağıntının miqdarı Lazada (Qusar) 13 mm, Şəki, Qax, Şahdağ, Qrız, Balakən, Gədəbəy, Şəmkir, Qəbələ, Zaqatala, Balakən, Tərtər, Yevlaxda 5 mm-dək olub.

Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq Neftçalada 20 m/s, Goranboyda 19 m/s, Balakəndə 18 m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s, Şirvan, Naftalanda 16 m/s, Zaqatalada 15 m/s-dək güclənib.

Qrızvə Şahdağda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 38, Aran rayonlarında 40, dağlıq rayonlarda 31 dərəcəyədək isti olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki