image-339156179_234336805765687_9171235198896221328_nbackend

“”Araz” Supermarketlər şəbəkəsi bizi zəhərləməklə məşğuldur” – Tarixçi alimin övladı ZƏHƏRLƏNDİ

image-reklam_sirab_01

Tarixçi alim Ramin Əlizadənin övladı “Araz” Supermarketlər şəbəkəsindən aldığı tortdan zəhərlənib. Vətəninfo.az xəbər verir ki, tarixçi alim bildirib ki, övladının vəziyyəti olduqca ağırdır. Tarixçi alimin yazdığı statusu təqdim edirik:

“Dünən axşam saat 20:09-da Araz Supermarket Space-dən aldığım Mars tortundan övladım zəhərlənib. Bu tortu satan qadın mənə yalandan tortun 1 gün əvvəl hazırlanması haqqında məlumat verib və mən ondan bir neçə dəfə tortu azyaşlı övladımın qidalanması üçün aldığımı, həmçinin zəhərlənmə ehtimalının olmayacağı barədə soruşmuşam. O isə məni aldadıb. Övladım bu qida ilə birlikdə digər heç bir qida qəbul etməyib və səhər saat 08:20-də qaytardığı qida qalığı yalnız həmin tort olub. Bu barədə səhər gedib Araz Supermarket Space-ə məlumat versəm də bu qurum heç bir ciddi tədbir görməyib. Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxladım, bu qurumun rəsmi şəxsi Samirə xanım isə çeki və tort nümunəsini özümdə saxlamalı olduğumu bildirdi (?). İndi Qida Təhlükəsizliyi Agentliyindən cavab gözləyirəm. Araz Supermarketlər şəbəkəsi əgər bizi zəhərləməklə məşğuldursa, rəsmi qurumlar niyə bu biabırçılığa göz yumurlar. Araz Supermarketlərində mütləq təcili yoxlamalar aparılmalıdır və bu barədə ictimaiyyətə məlumat verilməlidir!”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki