image-1backend

Bu torpaqların sərhədləri dövlət torpaq kadastrına daxil ediləcək

image-reklam_sirab_01

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri təsdiq edilib.

Vətəninfo.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədləri (dəmir yolunun təhkim zolağı və xüsusi mühafizə zonasının da hüdudları, döngə nöqtələri və onların koordinatları göstərilməklə) barədə məlumatları dövlət torpaq kadastrına daxil etməli və həmin torpaqlar üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki