Sahir Kamil oğlu Rüstəmov Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatnın rəhbəri vəzifəsinə təyin edilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov müvafiq Sərəncam imzalayıb.
Qeyd edək ki, Sahir Rüstəmov bu təyinatadək Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.