image-1backend

AFFA 6 klubu cəzalandırdı

image-reklam_sirab_01

AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.

Vətəninfo.az xəbər verir ki, yığıncaqda Premyer Liqanın XXXI turunda və Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

İK ölkə çempionatının “Turan Tovuz” – “Sumqayıt” oyununda baş verən hadisələrə görə meydan sahiblərini ümumilikdə 2300 manat cərimələyib. Bunun 700 manatı 4 futbolçunun sarı vərəqə almasına, 800 manatı meydana kənar şəxslərin daxil olmasına, yerdə qalan hissəsi isə azarkeşlər tərəfindən meydançaya kənar əşyaların atılmasına görə təyin olunub.

Dörd futbolçusu sarı vərəqə görən qonaq komanda isə 700 manat ziyana düşüb.

“Qəbələ” ilə oyunda “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyi üçün Ağdam klubu 1500 manat cərimə ödəyəcək.

“Neftçi” ilə görüşdə ikinci “sarı”dan qırmızı vərəqə alan “Zirə”nin futbolçusu Ceyhun Nuriyev 1 oyun cəzalanıb, klubunu isə 500 manat xərcə salıb. Bundan başqa, oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Zirə” klubu əlavə 800 manat cərimə edilib.

“Sabah”la matçda “Kəpəz” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Gəncə klubu 1000 manat cərimələnib.

“Araz-Naxçıvan” isə “Səbail”lə oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğu üçün 800 manat cərimə olunub.

Azərbaycan Kubokunda isə “Qarabağ” – “Neftçi” oyunundan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “köhlən atlar” 800 manat cərimə ödəməli olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image