image-img-20230122-wa0024-768x403backend

Moldova Baş nazirinin müşaviri Azərbaycan-Moldova Gənclər Forumunun təşkilatçılarını qəbul etdi – FOTO

image-reklam_sirab_01

Moldova Baş nazirinin insan hüquqları üzrə müşaviri Nikolay Rediste Moldova Respublikasında keçirilən “Karabakh is Azerbaijan” – Azərbaycan-Moldova Gənclər Forumunun təşkilatçılarını qəbul edib.

Vətəninfo.az xəbər verir ki, Nazirlər Kabinetində keçirilən qəbulda Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri, “Diaspor” İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı iştirak ediblər.

Görüş zamanı səfir Qüdsi Osmanov Azərbaycanla Moldova arasındakı münasibətlərin mövcud durumundan söz açıb. Baş nazirin müşaviri də iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafından duyduğu məmnuniyyəti dilə gətirib.

Forum təşkilatçıları görüş zamanı bu kimi layihələrin davamlı hal almasının iki ölkənin toplumu arasında inteqrasiyanı sürətləndirmə baxımından önəmli olduğunu vurğulayıblar. Nikolay Rediste də Azərbaycanla Moldova arasındakı sıx əlaqələrin cəmiyyətlər səviyyəsinə daşınmasının əhəmiyyətini qeyd edərək sözügedən forumun həyata keçirilməsinin zərurətdən doğduğunu bildirib.

Görüş zamanı iki ölkənin qeyri-hökumət təşkilatları tərəfindən birgə həyata keçirilə biləcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, forum təşəbbüskarları bundan öncə Qaqauziya Muxtar Ərazisinin rəhbəri İrina Vlax ilə də görüşüblər.

Xatırladaq ki, “Karabakh is Azerbaijan” – Azərbaycan-Moldova Gənclər Forumu Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyinin və Moldova Azərbaycanlıları Konqresinin tərəfdaşlığı, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

image-img-20230122-wa0020

image-img-20230122-wa0023image-img-20230122-wa0021image-img-20230122-wa0027image-img-20230122-wa0022image-img-20230122-wa0024image-img-20230122-wa0025image-img-20230122-wa0026image-img-20230122-wa0024-768x403

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki