image-55555backend

Moldova Parlamentində Gənclər Forumunun təşkilatçıları ilə görüş keçirilib – FOTOLAR

image-reklam_sirab_01

Moldova Parlamentində “Karabakh is Azerbaijan” – Azərbaycan-Moldova Gənclər Forumunun təşkilatçıları ilə görüş keçirilib.

Vətəninfo.az xəbər verir ki, görüş Moldova-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun həmsədri Vitali Jakonun dəvətilə baş tutub.

Maldova Parlamentində keçirilən qəbulda Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri, “Diaspor” İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və “Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı iştirak ediblər.

Görüş zamanı səfir Qüdsi Osmanov Azərbaycanla Moldova arasındakı münasibətlərin mövcud durumundan söz açıb.

Moldova-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun həmsədri Vitali Jakoda iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafından duyduğu məmnuniyyəti dilə gətirib.

Görüşdə iştirak edən Moldova parlamentinin deputatları Maria Pancu, Anna Oqlindya və Marcela Nistor Azərbaycanla Moldova arasındakı sıx əlaqələrin cəmiyyətlər səviyyəsinə daşınmasının əhəmiyyətini qeyd edərək sözügedən forumun həyata keçirilməsinin zərurətdən doğduğunu bildirib.

Görüş zamanı iki ölkənin qeyri-hökumət təşkilatları tərəfindən birgə həyata keçirilə biləcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, “Karabakh is Azerbaijan” – Azərbaycan-Moldova Gənclər Forumu Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikasının Moldova Respublikasındakı səfirliyinin və Moldova Azərbaycanlıları Konqresinin tərəfdaşlığı, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki