image-1backend

Yeddi kişini şantaja görə mühakimə olunacaq – İş məhkəmədə

image-reklam_sirab_01

“Qazaxlı Alik”in oğlu, Milli Fədailər Hərəkatının sədri Fuad Muradov, onunla birlikdə mühakimə olunan Ramil Paşşanov və Gülnar Hacıyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Vətəninfo.az xəbər verir ki cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası aprelin 30-a təyin olunub.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələbetmə), 128.2.2 (təkrar törədildikdə), 182.2.4 (xeyli əmlak əldə etmək məqsədilə törədildikdə) maddələrilə ittiham irəli sürülüb.

Bu maddələrin sanksiyasında 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bu işdə 7 nəfər zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxsləri 2023-cü il oktyabrın 3-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Şantaja məruz qalan şəxslər idarəyə şikayət ediblər.

Onlar qeyd ediblər ki, Fuad Muradovgil müxtəlif kişilərin qadınla intim görüntülərini gizli şəkildə çəkib, sonradan həmin görüntüləri ailələrinə göstərməklə hədələyib, pul alıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki