image-img-20220622-wa0055backend

Artıq marketə getməyə ehtiyac yoxdur

image-reklam_sirab_01

Dünyada sürrətlə inkişaf edən elektron kommersiya Azərbaycanda da müxtəlif sahələrdə özünü göstərir.Buna ən tanış nümunə onlayn alışveriş saytları və aplikasiyalardır.
İndi isə bunlardan biri olan Zakaz Onlayn Supermarket haqqında danışacağıq.
Vətəninfo.az-ın bugünkü müsahibi isə “Zakaz Onlayn Supermarket”in icraçı direktoru Nurlan Imamguliyevdir.

Nurlan bəy sizcə Zakaz insanlar üçün nə qədər zərurət təşkil edir?

Nurlan Imamguliyev -Düşünürəm ki,pandemiya dövründə onlayn alışverişin zərurəti daha yaxşı başa düşüldü. Onlayn ərzaq satışı isə belə vəziyyətlər üçün tək çarədir. Hazırkı dövr üçün belə Zakaz insanların komfortu üçün çox vacibdir.Təsəvvür edin işdən yorğun çıxmısınız,evdə istirahət etmək istəyirsiniz amma evə alınacaq məhsullar var. Bu zaman Zakaz sizi həm tıxacların stresindən, həm yorğunçuluqdan həmdə uzun market növbələrindən xilas etmiş olur.

Zakaz daha çox hansı təbəqəyə xitab edir?

Nurlan Imamguliyev – Zakaz xususi bir təbəqəyə xitab etmir. Zakaz hər kəs üçündür.
Vaxtına qənaət etmək istəyən hər kəs üçün. Tələbəsindən tutmuş, iş adamına, iş adamından tutmuş evdar xanımlara, bir sözlə komfortu sevən hər kəs üçün.

Zakazda daha çox nə satılır?

Nurlan Imamguliyev – Üstünlüyü qida məhsulları təşkil etsədə, marketlərdə gördüyünüz hər şey Zakazda da mövcuddur. Məhsul çeşidlərimizi artırmağa sürrətlə dəvam edirik. Məhz bu prosedurda müştərilərimizin rəyi çox vacibdir. Bu səbəbdən daimi olaraq onlarla əlaqədə olur, şikayət və təkliflərini dəyərləndiririk. Deyə bilərəm ki, Zakazdakı çeşidləri elə müştərilərimizlə birlikdə artırırıq.

Gələcəkdə Zakazda velosiped, manqal və ya soyuducu kimi hipermarket məhsullarınıda görəcəyikmi?

Nurlan Imamguliyev – Əlbətdə ki, hədəfimiz Zakazı böyütmək və istənilən məhsul üçün əlçatan etməkdir.
Lakin bu müştərilərin tələblərindən asılıdır. Hazırki vəziyyət üçün tələbat olan məhsulların satılması bizlər üçün daha məqsədə uyğundur.

Çatdırılmaları necə təşkil edirsiniz?

Nurlan Imamguliyev – Çatdırılmanı mopedlərimizlə, xüsusi təlimlər keçmiş kuryerlərimiz həyata keçirilir.10 AZN və üzəri sifarişlər üçün çatdırılma haqqı yoxdur, lakin10 manatdan aşağı sifarişlər üçün sadəcə 1 azn ödəniş edilməlidir. Qiymət istənilən məsafə üçün dəyişməzdir.

Bir çox hallarda çatdırılma xidmətlərinin pis hava şəraitində işləmədiyini görürük? Bəs sizdə necə?

Nurlan Imamguliyev – Pis hava şəraitində isə əvvəla onu bildirim ki, kuryerlərimizin təhlükəsizliyi bizim üçün prioritetdir. Lakin biz əksər hallarda təhlükəsizlik qaydalarına əməl etmək şərti ilə işə dəvam edirik.
Sadəcə olaraq pis hava şəraitində çatdırılma haqqı 2 azn olmaqdadır.

Bəs adınız niyə məhz Zakazdır?

Nurlan Imamguliyev – Zakaz adı bir növ ironik ismarıcdır.Bu həm xalqın dilinə hopmuş, həmdə öz dilimizdə istifadə etdiyimiz eynimənalı sözləri qabaqlayan bir sözdür. Bu xalqımızın seçimidir. Bizdə onların istəkləri doğrultusunda bu adda qalmağa qərar verdik.

Sizi fiziki marketlərdən fərqləndirən şey nədir?

Nurlan Imamguliyev – Başlıca fərqimiz 7/24 fəaliyyət göstərməyimiz, sürətli və ödənişsiz çatdırılma və münasib qiymətlər. Sözsüz ki, 7/24 fəaliyyət göstərən marketlər var lakin,onların sayı xeyli azdır və istədiyiniz məhsulu almaq üçün o marketə qədər getməlisiniz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki