image-reklam-veteninfo
image-avropa2backend

Avropa Litseyində Uşaq Hüquqları Konvensiyasına həsr olunmuş seminar keçirilib

image-reklam-veteninfo

 

 

“Azərbaycan Uşaq Hüquqlarının Müdafiəsi Liqası” İctimai Birliyinin təşkilatçılığı ilə Avropa Litseyində BMT-nin Uşaq Hüquqları Konvensiyası mövzusunda maarifləndirici seminar təşkil olunub. Tədbir şagirdlərin hüquqi biliklərinin artırılması və onların öz hüquqları barədə məlumatlandırılması məqsədi daşıyıb.

Tədbirdə İctimai Birliyin sədri Yusif Bəkirov çıxış edərək uşaq hüquqlarının beynəlxalq səviyyədə qorunması, eləcə də ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. O, çıxışı zamanı BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasının əsas müddəalarına toxunaraq, bu sənədin hər bir uşağın həyatı və gələcəyi üçün mühüm təməl olduğunu vurğulayıb.

Seminar zamanı İctimai Birliyin sədri Yusif Bəkirov və mütəxəssislər uşaqlara Konvensiyanın maddələri haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, sənəd uşaqların inkişafı, müdafiəsi, cəmiyyətdə iştirakı və yaşayışı üçün ən vacib standartları özündə ehtiva edir.
Tədbirdə xüsusi olaraq Uşaq Hüquqları Konvensiyasının aşağıdakı maddələrindən sitatlar gətirilərək şagirdlərə izah olunub:
Maddə 1 (Uşaq anlayışı): “18 yaşına çatmamış olan şəxs uşaq sayılır.”- Bu maddə uşaqların yaş həddini və onların xüsusi müdafiəyə ehtiyacı olan kateqoriya kimi təsbit olunduğunu göstərir.
Maddə 2 (Ayrı-seçkiliyin yolverilməzliyi): “Bu Konvensiyada nəzərdə tutulan bütün hüquqlar heç bir ayrı-seçkiliyə yol verilmədən təmin edilir.”
Maddə 12 (Baxışlarını sərbəst ifadə etmək hüququ): “Uşaq özünə təsir edəcək məsələlərlə bağlı öz baxışlarını azad ifadə etmək hüququna malikdir və bu baxışlar nəzərə alınmalıdır.” — Yusif Bəkirov bu maddənin əhəmiyyətini vurğulayaraq, uşaqların şəxsiyyət kimi formalaşmasında və onların fikirlərinə hörmət edilməsində bu hüququn rolunu qeyd edib.
Maddə 13 (İnformasiya almaq və fikir azadlığı): “Uşaq öz rəylərini ifadə etmək və hər cür informasiya almaq, informasiya və ideyalar vermək hüququna malikdir.”
Maddə 31 (İstirahət və mədəni həyat hüququ): “Hər bir uşağın istirahət etmək və asudə vaxta malik olmaq, oyunlarda iştirak etmək, mədəni həyatda iştirak etmək və incəsənətlə məşğul olmaq hüququ var.”

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, uşaq hüquqlarının təmin olunması istiqamətində məktəblilərin maarifləndirilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb. Bu cür görüşlərin gələcəkdə də davam etdiriləcəyi bildirilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki