image-8f18bdef-4dea-3a95-a745-3e11b5c6d79b_850backend

AZAL Zəngilan aeroportunda aeronaviqasiya avadanlıqlarını tətbiq edib

image-reklam_sirab_01

“Azərbaycan Hava Yolları” QSC (AZAL) işğaldan azad edilmiş ərazilərdə aeronaviqasiya xidmətinin bərpası istiqamətində daha bir mərhələni keçməyə nail olub.

Bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, səhmdar cəmiyyətinin nəzdindəki “Azəraeronaviqasiya” (AZANS) HHİ inşa edilən Zəngilan Beynəlxalq Hava Limanının aeronaviqasiya dəstəyi üzrə radiotexniki sistemləri üçün mühüm beynəlxalq kodların və tezliklərin alındığını elan edib.

Bu kodlar və radiotezliklər hava hərəkətinə nəzarət xidmətinin göstərilməsi, aviasiya meteoroloji məlumatlarının yayımının, rabitə sisteminin işə salınmasının, digər sistemlərin naviqasiyasının və radiolokasiyasının təmin edilməsi üçün olduqca zəruridir. Onlar naviqasiya avadanlıqlarının beynəlxalq sistemə inteqrasiyasını, müvafiq olaraq beynəlxalq uçuşların təhlükəsizliyini və müntəzəmliyini təmin edir.

“Çox qısa müddətdə Zəngilan aeroportu böyük nəqliyyat hava qovşağına çevriləcək. Bu da təkcə ölkənin deyil, bütün regionun iqtisadi inkişafında əhəmiyyətli rol oynayacaq. Nəzərdə tutulan məqsəd çərçivəsində bu gün ICAO-nun müəyyən etdiyi standartlara uyğun olaraq hava limanında aeronaviqasiya avadanlığının tətbiqi üzrə genişmiqyaslı işlər görülür”, – deyə AZAL-ın prezidenti Cahangir Əsgərov qeyd edib.

AZANS-ın əldə etdiyi kodları və tezlikləri, aviasiya tezliklərinin mənimsənilməsinin beynəlxalq koordinasiyasının təşkilini təmin edən SAFIRE və radiolokasiya kodlarının paylanmasını həyata keçirən MICA sistemləri təsdiq edib. Onlar, həmçinin, qlobal elektron verilənlər bazasına daxil edilib.

Hər iki sistem Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatı – “EUROCONTROL” tərəfindən idarə olunur. Kodların və tezliklərin mənimsənilməsi proseduru bütün iştirakçı ölkələrlə razılaşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki