image-9e1e347b-719c-4393-b3ad-4d6bc007c9d0backend

Azərbaycan artıq Şuşada dünya Azərbaycanlılarının qurultayını keçirdir

image-reklam_sirab_01

 

 

Azərbaycan uzun illərdən sonra uzaqgörən Cənab Ali Baş Komandan İlham Əliyevin uğurlu addımı və igidlərinin cəsarəti nəticəsində Qarabağ işğaldan azad edildi. Bu gün doğma yurdumuzda-Qarabağımızda  üçrəngli bayrağımız dalğalanır. Artıq xalqımız öz yurduna rahat şəkildə səfərlər edir.

Biz öz qonaqlarımızı Qarabağda, Şuşada qonaq edə bilirik. Bu çox qürur verici haldır.

Biz 44 günlük Vətən müharibəsi zamanı bütün dünyaya necə güclü, vətənpərvər xalq olduğumuzu sübut etdik. Düşməni tormaqlarımızdan çıxararaq, Qarabağı işğaldan azad edərək türkün gücünü bütün dünyaya sübut etmiş olduq. Bu gün bütün dünya bizim necə qəhrəman bir xalq olmağımızdan, tarixi qələbəmizdən danışır. Şuşa uğrunda döyüş zamanı ordumuzun döyüş taktikası başqa ölkələrdə də hərbi dərsliklərə salınır. Təbii ki, biz 30 il müddətində bu münaqişənin sülh yolu ilə həll edilməsi üçün təkliflər etməyimiz və gözləməyimiz bizim sülhsevərliyimizin bariz nümunəsidir.

Vətən müharibəsi həm də türk dünyasının birliyini göstərirdi. Həmin günlərdə bütün türk dünyası həmrəy olmuş qələbə xəbərimizi gözləyirdilər. Cəbhədən gələn hər xoş xəbər hamımızı- bütün türkləri eyni sevindirirdi. Bu əslində heç də təəccüblü hal deyildi. Biz qardaşıq, birik. Bizim dilimiz, dinimiz, adət-ənənələrimiz, keçmişimiz, tariximiz birdir. Biz bir-birimizin sevincində də, kədərində də şərik olmağı bacarırıq.

Biz uzun illər çalışmışıq ki xalqımıza qarşı olunan haqsızlıqlar, faciələr dünyaya çatdırılsın, xalqımızın fəryadına hay verilsin, amma çox heyif ki, dünya bu haqsızlıqlara göz yumurdu. Beynəlxalq təşkilatlar bütün bu qırğınları görməzdən gəlməyi seçirdi. Qələbəmiz bizim haqqın tərəfində olmağımızın göstəricisidir. Biz günahsız, dinc əhalimizin intiqamını döyüş meydanında laiqincə aldıq.

Bu gün xaricdə yaşayan vətəndaşlarımızın-azərbaycanlıların ürəyi vətənimiz üçün bir döyünür. Onlar hər zaman bizə dəstək olduqlarını bildirirlər. Qarabağın işğaldan azad edilməsi əslində dünya azərbaycanlılarının birlik olmasına da öz təsirini göstərdi. Qarabağımız işğaldan azad edildikdən sonra Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın da vətənə yolu açılmış oldu desək məncə yanılmarıq. Həmçinin onlar Vətən müharibəsi zamanı xalqımızla birlik olub vətənin hər bir vətəndaşa görə eyni dərəcədə müqəddəs olmasını göstərdilər. Biz inanırıq ki, irəliləyən zamanlarda dünya azərbaycanlıları daha çox vətənimizlə əlaqədə olacaqlar.

Bu gün biz artıq qalib xalqıq. Azərbaycan zəfər çalmış, dəmir yumuruğu ilə düşmənə öz həddini bildirmiş bir ölkədir. Bu ölkənin başçısı XXI əsrin sərkərdəsi olan İlham Əliyevdir. Ölkəmizin günü gündən hər tərəfli inkişaf etməsində onun rolu misilsiz dərəcədə böyükdür. İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini xalqa çadırlarkən “Ürəyimdə dedim ki, mən xoşbəxt adamam ki, ata vəsiyyətimi yerinə yetirdim” cümlələrini söyləmişdi. Bəli, biz türkük bizim vətənimiz bizə əmanətdir, mirasdır. Torpağımızın hər qarışı doğmadır, vətəndir. Bizdə torpaqdan pay olmaz. Bu ölkənin hər bir vətəndaşı öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirir. Hər zaman ölkəmizin adını ucaltmağa, üçrəngli bayrağımızı daha da yüksəklərə ucaltmağa çalışırlar.

Bir ölkə düşünün ki, bayrağı yüksəklərdə dalğalansın deyə minlərlə gənci öz canını fəda edir. Bu bizim sarsılmağımızın, gücümüzün, milli qeyrətimizin göstəricisidir.

Ordumuz döyüş meydanında qələbə çaldıqdan sonra paytaxt Bakıda böyük zəfər paradı keçirildi. Həmin paradda düşməndən qənimət olaraq ələ keçirilən döyüş texnikaları da nümayiş elətdirilirdi ki, bu da əslində bizim zəfərimizin düşmənə həm də maddi zərbənin olduğunu bildirirdi. Bu maddi ziyan ən aşağısı 4-5 milyard dollar dəyərindədir.

Torpaqlarımız işğaldan azad edildikdən sonra Prezident İlham Əliyev və ailəsinin, həmçinin başqa dövlətlərdən olan qonaqların Qarabağa çoxsaylı səfərləri olmuşdur. Bu səfər zamanı hər kəs erməni xalqının vandalizminə öz gözü ilə şahid olmuşdurlar. Beləki, bir xalqın mədəniyyət nümunələrini, tarixi abidələrini öz adına keçirtməyə çalışmaq, məhv etmək qarşı tərəfin vandalizmindən xəbər verir.

Bu gün Qarabağda quruculuq, abadlaşdırma işləri aparılır. Prezident İlham Əliyev Qarabağ sakinlərini öz doğma yurdlarına qaytaracağına söz verib. Biz Qarabağın əvvəlkindən də abad olacağına tam əminik.

Müharibə zamanı da, müharibədən əvvəl də beynəlxalq təşkilatlar bizim mövqeyimizi, haqq yolunda mübarizəmizi dəstəkləmişdirlər.

Azərbaycan artıq Şuşada dünya Azərbaycanlılarının qurultayını keçirdir. Bu bizim zəfərimizi daha da gözəlləşdirir. Birliyimizi daha da möhkəmləndirir. Atılan hər addım bizi xalq olaraq bir-birimizə daha da yaxınlaşdırır.

Bizim hər birimizin borcudur ki, xalqımıza qarşı olan haqsızlıqları unutmayaq, onları ictimaiyyətə çatdıraq. Vətənimizin inkişafı üçün, bayrağımızın daima yüksəklərdə dalğalanması üçün bir yumruq kimi birləşək. Zəfərimizin daimi olması, azadlımığızın daimi olması bizim varlığımız deməkdir. Nə qədər ki, varıq ölkəmiz də var olacaq və bu müstəqillik gələcək nəsillərə də miras olaraq ötürüləcək…

 

 

Məmmədova Elnarə

YAP-ın üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki