Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “Avtomobil Yollarının Rabitə və İşıqlandırılması” MMC-nin direktoru Həmid Məmmədov vəzifəsindən azad edilib.
Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Müsavər Hətəmova həvalə olunub.
Xatırladaq ki, “Avtomobil Yollarının Rabitə və İşıqlandırılması” şirkəti 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır.