image-16163152683514825853_1000x669backend

“Azərbaycan birinci ölkə idi ki, vaksinasiyaya start verdi”

image-reklam_sirab_01

Pandemiya ilə mübarizə davam edir. Virusa yoluxma tablosunda hər gün ölüm hallarının baş verdiyini görürük. Bu, o deməkdir ki, virus ilk günlərdə olduğu kimi can almağa davam edir. Eyni zamanda yeni ştammların meydana çıxması təhlükənin hələ də qaldığını göstərir. Azərbaycan COVID-19-la fəal mübarizə aparan ölkələrdən biridir.

Deputat bildirib ki, Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsində də qeyd etdiyi kimi, ölkəmiz qısa müddətdə səhiyyə infrastrukturunu koronavirusla səmərəli mübarizə üçün səfərbər etməklə əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində nümunəvi tədbirlər görən ölkələrdən biri oldu.“Hazırda 46 xəstəxana COVID xəstələrinin müalicəsi ilə məşğuldur. Azərbaycan ilk ölkələr sırasında və MDB məkanında birinci ölkə olaraq vaksinasiyaya start verdi. Dövlət başçımızın da qeyd etdiyi kimi, “o vaxt vaksinləri ölkəyə gətirmək də çox böyük problem idi. Çünki vaksinlər çox məhdud sayda idi və birinci mərhələdə qardaş Türkiyə bizə böyük köməklik göstərdi. Türkiyə vasitəsilə biz “Sinovac” vaksinlərini ölkəyə gətirdik və peyvəndləmə prosesinə start verdik. Ondan sonra biz həm “Sinovac”la, həm “Pfizer”lə birbaşa kontraktlar bağladıq. Əsas bu vaksinlərdən istifadə olunur və biz tibb sahəsindəki imkanlarımızı da böyük dərəcədə genişləndirdik.”

Bu gün 18 yaşdan yuxarı əhalinin 64 faizi artıq iki dozanı alıb”, – deyə deputat bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin üçüncü dəfə vaksin olunması isə hər birimiz üçün nümunədir.

“Bu gün bir çox ölkələrdə qapanmalar, xəstəxanalarda yer çatışmazılığı və digər çətinliklər olduğu halda, Azərbaycan bu məsələləri yüksək səviyyədə həll edir. Vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər, vaksin əlçatanlığının təmin olunması nəticəsində ölkəmizdə vəziyyət nəzarət olunan səviyyədədir.

Təbii ki, bu sabitliyin sona qədər davam etməsi üçün hər bir vətəndaş öz məsuliyyətini anlamalı, gigiyenik qaydalara düzgün riayət etməlli, vaksinasiya prosesində fəal iştirak etməlidir. “Omicron” ştammının fəsadları ilə bağlı artıq Azərbaycan cəmiyyəti də kifayət qədər məlumatlıdır. Bu baxımdan virusla birgə mübarizəni davam etdirmək olduqca vacibdir. Pandemiyanın ilk günlərində olduğu kimi, bu gün də biz sona qədər birlikdə güclü olmağı bacarmalıyıq

Əhmədova Cavahir Azərbaycan Dövlət Pedaqoji Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki