image-photo-2022-05-21-16-57-45backend

   Azərbaycan hər zaman sülh və siyasi sabitlik tərəfdarıdır!

image-reklam_sirab_01

Azərbaycanın daxili və xarici əlaqələr fonunda inkişafı gündən-günə artır. Ölkə daxilində görülən işlərlə yanaşı, daima xarici ölkələrlə əlaqələr möhkəmləndirilir,  inkişaf perspektivləri gözdən keçirilir.Xarici ölkələrlə əlaqələrdə Litva ilə münasibətlər strateji tərəfdaşlıq xüsusiyyəti daşıyır. Azərbaycan – Litva Strateji Tərəfdaşlıq üzrə razılıq ölkələr arasındakı siyasi dialoqun təzahürüdür.Azərbaycan sadəcə uzaq xarici ölkələrlə normal, sabit münasibətlər tərəfdarı deyil, həm də Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. İkinci Qarabağ müharibəsindən sonra bunu həyata keçirmək üçün kifayət qədər imkan var, lakin Ermənistan tərəfi bu məsələ ilə bağlı addım atmaq marağında deyil.

Nəzərə alsaq ki, Vətən müharibəsi nəticəsində Ermənistan Azərbaycanın 5 şərtini qəbul edərək cəbhədə ağ bayraq qaldırmışdır. Bunun nəticəsində artıq Azərbaycan – Ermənistan sərhədlərinin delimitasiyası mütləq həyata keçirilməlidir. Azərbaycan tərəfi Ermənistandan bu planların həyata keçirilməsi üçün hər hansı vaxtda yeni görüş tarixini gözləyir. Ermənistan Azərbaycanla dəfərlə görüşlərdən imtina etmiş, bu mövqe, əlbəttə ki, narahatçılıq doğurur.Müharibədən əvvəl Azərbaycan rəsmi olaraq mövqeyini ortaya qoymuş, beynəlxalq ictimaiyyəti Ermənistana sanksiya tətbiq etməyə çağırmışdır. Sanksiya tətbiqinə məhəl qoyulmaması Ermənistanın zorakı addımlarını artırdı, nəticədə müharibə baş verdi. Azərbaycan öz ərazi bütövlüyünü özünün hərbi- siyasi yolu ilə bərpa etdi. İşğal nəticəsi isə beynəxalq ictimaiyyətin göz qabağındadır. Hər yer dağıdılmış, yer altı, yer üstü minalanmış, çaylar – bulaqlar zəhərləndirilmiş, təbiət məhv edilmişdir.

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqı -Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır. Biznes mühiti üçün Azərbaycan əlverişli ölkədir. Ölkəmizə on milyardlarla birbaşa xarici investisiyalar qoyulur. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi çox vacibdir. İnvestisiya proqramları ilk dövrdə əsasən neft-qaz sektoruna aid idi, hal-hazırda isə investisiya bərpaolunan enerji sahəsini də əhatə edir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi əsas prioritetdir. Enerji sektoru ənənəvi olaraq iqtisadiyyatda aparıcı sektor olub və bu, davam edəcəkdir. Azərbaycan qazını ilk dəfə 2021-ci ilin yanvarından başlayaraq Avropa İttifaqı da daxil olmaqla müxtəlif məntəqələrə nəql edən Cənub Qaz Dəhlizinin tikintisi, 3500 kilometr uzunluğunda birləşdirilmiş çoxsaylı boru kəməri sistemi yekunlaşıb. Ölkənin inkişaf dinamikasının əsas göstəriciləri. Cari ilin dörd ayının nəticələri ümumi olaraq perspektivlidir. Ölkənin iqtisadiyyatı 7,2 faiz artmışdır. Qeyri-neft sektoru ilə bağlı daha yaxşı rəqəmlər vardır, burada artım 11,4 faizdir. İxrac 85 faiz artıb, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. İşsizlik səviyyəsi 5-6 faiz təşkil edir. Azərbaycan əhalisinin sayı 10 milyona qədər artıb. Ölkələrimiz arasında əməkdaşlıq üçün dayanıqlı nəqliyyat yollarının olması çox önəmlidir. Azərbaycanda nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zənciri yaradılıb. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq biz müasir infrastruktur – dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanları, avtomobil yolları yaratdıq. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşir. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib.

Azərbaycan istər qonşu ölkələr, istərsə də digər xarici ölkələrlə hər tərəfli inkişaf addımlarına hazırdır. Bu siyasətdə ölkəmizin siyasətinin başlıca qayəsi regionda və həmçinin dünyada sülhün tərəfdarı kimi çıxış etmək, bunun üçün lazımi siyasi addımlar atmaqdır.

Natiq Babayev /Nəsimi rayon Ağsaqqallar Şurasının üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki