image-img-20220502-wa0015backend

Azərbaycan regionda və beynəlxalq müstəvidə öz mövqelərini daha da gücləndirəcəkdir

image-reklam_sirab_01

Azərbaycan regionda beynəlxalq müstəvidə öz mövqelərini daha da gücləndirəcəkdir

 

Bakıdakı ADA Universitetində “CənubiQafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında və iştirakçıların suallarını cavablandıran zaman dünya ictimaiyyətinə bir sıra mühüm mesajlar verib. Dövlətimizin başçısı 44 günlük müharibədən sonra regionda yaranan yeni reallıqlar, geosiyasi vəziyyət, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılması istiqamətində irəli sürülən təşəbbüslərlə bağlı xarici ekspertləri maraqlandıran suallara ətraflı cavab verdi.

Aprelin 28-də Şuşada işinə başlayan və sonra Bakıda davam edən beynəlxalq konfransın ideyası hələ ötən il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda irəli sürülüb.

Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın BMT və digər nüfuzlu təşkilatların tədbirlərinin əsas ünvanına, bölgənin diplomatik mərkəzinə çevrilməsi bu qədim Azərbaycan şəhərinin saxta məlumatlar əsasında uzun illər erməni şəhəri kimi tanıtdırılması məqsədilə aparılan çirkin kampaniyaların da iflası deməkdir. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaradır.

Bu beynəlxalq konfransda Prezident İlham Əliyev bir daha Azərbaycan xalqının sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiyini və artıq sülh sazişinin imzalanmasının vaxtının çatdığını bəyan edib. Dövlətimizin başçısı bildirib ki, artıq belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik. “Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni, nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər. Yəni, bu, özü gözəl bir bünövrə olar”, – deyən dövlətimizin başçısı sülhün və əməkdaşlığın erməni tərəfi üçün də faydalı olduğunu diqqətə çatdırıb.

Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yaradıb və hamı bu reallıqla hesablaşmalıdır. Beynəlxalq birlik artıq bu reallıqlarla barışmaqdadır. Bu gün BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul ediblər. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupu haqqında da fikirlərini bölüşüb. Dövlətimizin başçısı deyib ki, BMT Təhlükəsizlik Şurasınin dörd qətnaməsində erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Amma 27 ildə onların heç biri icra edilmədi, Azərbaycan özü həmin qətnamələri icra etdi.

Bütövlükdə, Azərbaycan beynəlxalq müstəvidə mövqeləri getdikcə möhkəmləndirir. Bu amil ölkəmizin regionda yaratdığı reallıqların ardıcıl olaraq həyata keçəcəyini deməyə əsas verir. Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə regionda və beynəlxalq müstəvidə mövqelərini bundan sonra daha da gücləndirəcəkdir.

 

 

Adil Hüseynov – ADİU-nin baş müəllimi, İqtisad elmləri doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki