image-reklam-veteninfo
image-mina2backend

Azərbaycana minatəmizləmə maşınları gətirilib

image-reklam-veteninfo

“Ötən il imzalanan sazişə əsasən bu il 6 minatəmizləmə maşını Azərbaycana gətirilib”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Onun sözlərinə görə, 2 minatəmizləmə maşını artıq yoldadır və yaxın günlərdə ölkəmizə daxil olacaq: “Sifarişlər əsasında digər maşınlar da hazırlanır. Onlar isə iyuna qədər Azərbaycana çatdırılacaq”.

Sədr qeyd edib ki, ABŞ-dan Azərbaycana 30 minaaxtaran itin ölkəmizə gətirilməsi nəzərdə tutulub: “Onlardan artıq 20-si Azərbaycandadır. Digəri də təsdiq olunmuş qrafikə uyğun olaraq çatdırılacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki