“Ölkəmizdə əsas ərzaq məhsulları üzrə lazımi həcmdə ehtiyatlar yaradılıb”.
Veteninfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, qonşu ölkələrin maliyyə bank sistemlərinin üzləşdiyi təsirlər Azərbaycana təsir etməyib: “Bizim maliyyəmiz stabildir, milli valyutamız dayanıqlıdır. Valyuta ehtiyatlarımız kifayət qədərdir”.