Nailəxanım Fondu 2024-2025 – ci illər üçün mükafatlandırma mərasimində təqaüdünün qalibini elan edib. Hər il bir istedadlı qadın tələbəyə verilən bu təqaüd milliyyətindən və vətəndaşlığından asılı olmayaraq magistratura və ya doktorantura səviyyəsində akademik irəliləyişləri dəstəkləmək məqsədi daşıyır.
Bu ilki təqaüdün alıcısı Şri Lankadan olan Nayanathara Ranmalie Amunarawadır. Xanım Amunarava akademik potensialına və təhsil sahəsinə bağlılığına görə müsabiqə yolu ilə seçilib.
Nailəxanım Fondu DÜNYA Məktəbinin və Xəzər Universitetinin həmtəsisçisi Nailəxanım İsayevanın irsinə ehtiram məqsədilə yaradılıb. Hörmətli pedaqoq İsayeva hər iki qurumun inkişafında əsas rol oynayıb. Fond daha yüksək akademik məqsədlər uğrunda çalışan istedadlı qadınlar üçün imkanlar yaratmaqla təhsilə sadiqliyini davam etdirir.
Tədbirdə tanınmış simalar, o cümlədən dövlət rəsmiləri, Azərbaycan Milli Məclisinin deputatları, səfirlər, müxtəlif səfirliklərin nümayəndələri iştirak ediblər. Onların iştirakı təqaüdün əhəmiyyətini və beynəlxalq akademik əməkdaşlığın təşviqinə daha geniş təsirini vurğuladı.
Bu təqaüd Fondun akademik mükəmməlliyi təşviq etmək və qlobal miqyasda qadın alimləri gücləndirmək missiyasını əks etdirir.
Qeyd edək ki, fond bu il 4-cü təqaüd mükafatını təqdim etdi.