Azərbaycanda yeni futbol klubu yaradılıb.
“Təkan” FK Bakıda fəaliyyət göstərəcək.
Komanda üzümüzə gələn mövsümdə Region Liqasında mübarizə aparacaq. Bununla bağlı AFFA-ya edilən müraciət müsbət cavablandırılıb.
“Təkan”ın dəstəkçiləri bir qrup iş adamıdır. Onlar tərəfindən kollektivə kifayət qədər büdcə ayrılıb. Məqsəd də birmənalıdır – Region Liqasında çempion olmaq və birbaşa II Liqaya vəsiqə qazanmaq. Bu niyyətlə heyətə bir neçə təcrübəli oyunçu cəlb edilib. (sportinfo.az)


























