image-reklam-veteninfo
image-1backend

 PSJ-yə ağır zərbə: 120 milyon avroluq ulduz mövsümü başa vura bilər

image-reklam-veteninfo

Fransa çempionu PSJ-nin gənc hücumçusu Dezire Due ağır zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Vətəninfo.az xəbər verir ki, 21 yaşlı fransalı futbolçu Liqa 1-in 11-ci turunda “Nitsa” ilə qarşılaşmada sağ dizinin ön çarpaz bağını (ACL) cırıb. O, matçın 39-cu dəqiqəsində aldığı zədə səbəbindən meydanı xərəkdə tərk edib. PSJ həmin görüşdə rəqibini 3:2 hesabı ilə məğlub edib.

Klub noyabrın 22-də futbolçunun sağ dizində ön çarpaz bağın cırıldığını rəsmən təsdiqləyib. PSJ-nin açıqlamasına görə, Due noyabrın sonunadək əməliyyat olunacaq. Onun yaşıl meydanlara qayıdacağı tarix isə hələ müəyyənləşdirilməyib.

Fransa mətbuatının məlumatına görə, futbolçunun bərpası 6-8 ay çəkə bilər. Bu isə onun cari mövsümün böyük hissəsini, hətta qalan bütün oyunlarını buraxması ehtimalını yaradır.

Dezire Due bu mövsüm PSJ-nin heyətində 15 oyunda meydana çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Transfermarkt” portalı fransalı futbolçunun transfer dəyərini 120 milyon avro qiymətləndirir. Due PSJ ilə 2029-cu ilin iyun ayınadək müqavilə bağlayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki