image-reklam-veteninfo
image-1backend

Meksikada futbol matçı faciə ilə bitdi: 26 yaşlı futbolçu güllələnərək öldürüldü

image-reklam-veteninfo

Meksikada həvəskar futbol komandaları arasında keçirilən matç zamanı silahlı hücum baş verib. Hadisə nəticəsində 26 yaşlı futbolçu Luis Çaves və daha bir nəfər həyatını itirib.

Vətəninfo.az xəbər verir ki, bu barədə TV Azteca məlumat yayıb.

Məlumata görə, Luis Çaves maskalı silahlı şəxslərin hücumu nəticəsində güllələnib. Hadisə futbol matçı zamanı baş verib.

Bildirilib ki, hücumu törədən şəxslər maskalı olub. Silahlı insident nəticəsində futbolçu ilə yanaşı, daha bir nəfər də öldürülüb.

26 yaşlı Luis Çaves yerli futbol klublarından birində çıxış edirdi.

Hadisənin başvermə səbəbi və hücumun arxasında dayanan şəxslərlə bağlı əlavə məlumat açıqlanmayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki