Avropa və Asiya arasında körpü rolunu oynayan və tarixən Böyük İpək yolunun üzərində yerləşən Azərbaycan bu gündə yürütdüyü siyasətlə dünyanın nəzərindədir. Azərbaycanın həm xarici siyasət həmdə diplomatiya sahəsində qazandığı uğurlar bunu bir daha sübut edir.
Cənubi Qafqaz regionunda həm iqtisadi həmdə siyasi nailiyyətləri bir çox ölkələrin Azərbaycana sərmayə yatırmasına şərait yaratmışdır. 1991-ci ildə ölkəmiz müstəqillik eldə etdikdən sonra bu sahədə bir çox addımlar atılmışdır. Ulu öndər Heydər Əliyevin uzaq görən siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycana aid sektorunda yəni “Azəri”, “Çiraq” neft yataqlarının birgə işlənməsi üçün dünyanın 11 ən iri neft şirkətləri ilə müqavilə imzalanmışdır. Bu müqavilə tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanmışdır. Bununlada Azərbaycan Avropanı yanacaq ehtiyatı ilə təmin etməyə başlamışdır. Hələ 21-ci əsrin ən böyük enerji layihəsi olan 2006-cı ilin iyulun 13-də Türkiyənin Ceyhan şəhərində Bakı- Tbilisi-Ceyhan boru kəmərinin təntənəli açılışı olmuşdur. Bu boru kəməri vasitəsi ilə milyon tonlarla Azərbaycan nefti dünya bazarlarına yola salınmışdır. Bu gün Azərbaycan tək neft sektorunda yox digər sahələrdə də inkişaf etməyə çalışır. Kənd təsərüffatı, yeyinti sanəyesi, hərbi müdafiə sənayəsi və s.
Azərbaycanın altıda, üstüdə zəngindir. Ulu tanrı bütün zəngin sərvətləri doğma vətənimizə nəsib etmişdir. Dünyanın 11 iqlim qurşağının 9-nun Azərbaycanımızın ərazisindən keçməsi bunu bir daha sübut edir. Ölkəmizdə yetişdirilən meyvə-tərəvəz: nar, xurma, heyva, alma, naringil, portağal, feyxoa, kartof, pomidor, xiyar, və s. Ümumiyyətlə meyvə-tərəvəz sahəsinin genişləndirilməsi və Avropa bazarlarına daşınması Azərbaycanın iqtisadiyyatının inkişafından xəbər verir.
Hərbi müdafiəyə sənayesində Azərbaycanın özünün ixtira etdiyi silahlar tanklar, pilotsuz uçuş aparatları və s. 44 gün davam edən İkinci Qarabağ savaşında cənab prezident İlham Əliyevində adlandırdığı kimi “İti qovan” pilotsuz uçuş aparatı hərbi müdafiə sənayemizin baris nümunəsidir.
Azərbaycan diplomatiyasının tarixi onun dövlətçilik ənənələrinin tərkib hissəsidir. Azərbaycanın keçdiyi tarixi yola nəzər salsaq, diplomatiyamızında keçdiyi yolu görə bilərik. Ölkəmiz həm regionda həmdə Beynəlxalq ailəmdə sözünü demiş ölkələrdən biridir. 2020-ci ildə 44 gün davam edən müharibədə hərbi siyasi cəhətdən ölkəmiz üstünlüyü ələ almaqla beynəlxalq ailəmdə öz nüfuzunu dahada artırdı. Bu bizim uzaq görən prezidentimizin yürütdüyü diplomatiyası nəticəsində baş verdi.
Azərbaycan qədim dövlətçilik ənənələrinə mailk olan ölkədir. Tarixə nəzər salsaq, biz bunu Qafqaz Albaniyası, Atropatena, ŞirvanŞahlar, Salarilər, Sacilər, Rəvadilər, Şaddadilər, Səfəvilər və xanlıqlar dövründə də öz müstəqilliklərinin müdafiəsində diplomatik imkanlardan geniş istifadə etdiklərini görə bilərik.
Bu gündə Azərbaycan öz tarixi və dövlətçilik ənənələrinə sadiq çıxaraq öz siyasi-iqtisadi nüfuzunu qoruyur. Cənab prezident İlham Əliyevin xarici jurnalistlərlə keçirdiyi mətbuat kofranslarında bu özünü bir daha sübut etdi.
Azərbaycan xalqının 1988 ci ildən başlanan Milli Azadlıq mübarizəsi 2020 ci il noyabrın 10-nunda başa çatdı. Biz 30 il ərzində ərazimizin bütövlüyü uğrunda mübarizə apardıq və qalib gəldik.
Biz bu qələbəni müzəffər ordumuza borcluyuq. Bu torpaq uğrunda şirin canından keçən şəhidlərimizə borcluyuq. Çünki, bu günki, qələbəmizin mənası, qayəsi butöv Azərbaycandır. Azərbaycan xalqının 30 illik bir müddətdə düşmən hədəfinə çevrilən yalnız aranlı-dağlı Qarabağ deyil bütünlükdə Azərbaycan Respublikasıdır və əsasda müstəqilliyimizdir. Azərbaycan prezidentinin rəhbərliyi ilə rəşadətli ordumuz sözün əsl mənasında tarix yazdı. Cənab Prezident İlham Əliyev münaqişəni sülh yolu həll etməyə çalışsada Ermənistan rəhbərliyi buna əməl etmədi. Uzun illərdən bəri status-kvonun qəbuledilməzliyini deyənlərə, amma heç bir iş görməyən qruplara, təşkilatlara işğalçının başına sığal çəkənlərə göstərdiki, məsələni necə həll etmək olar. Ali Baş Komandanın əmri ilə döyüşə atılan qüdrətli ordumuz 44 gün içində status-kvonu anlayışını yox etdi. İndi artıq nə status nə də bir təmas xətti var. Azərbaycan ordusunun keçirdiyi döyüş əməliyyatları bir daha sübut etdiki, bu bir qəhrəmanlıq nümunəsidir.
Ordumuzun, xüsusi təyinatlılarının və digər hərbi qüvvələrinin fədakarlığı nəticəsində oldu. Ordumuzun peşakarlığı, silahdan istifadə etmə bacarığı, pilotsuz uçuş aparatlarının hədəfi tam dəqiq vurması bu artıq Azərbaycan ordusunun məharətini göstərirdi.
Heydər Əliyev adına Ali Hərbi məktəbin yetişdirdiyi, zabitlərin döyüş meydanında göstərdikləri şücaətləri danılmazdır. Həm sərhəd qoşunlarının həmdə quru qoşunlarının düşmən mövqeylərini əldə saxlanılmasında xüsusi məharət göstərdilər. Atılan mərmilərin bütün hədəfləri dəqiq vurması bu döyüş əməliyyatların uğurla nəticələnməsindən xəbər verirdi. Azərbaycan xalqının iradəsi və cənab prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz qələbə çaldı
.
Nəsimi rayon təhsil işçisi- Abbasova Pərvanə