image-gence_301214_01backend

Azərbaycanın ikinci böyük şəhəri – Gəncəyə gedən yollar müasirləşdirilib

image-reklam_sirab_01

Ölkəmizin bütün rayonları , şəhərləri həm təbiəti baxımından zəngindir ,həm də müasirlik baxımdan çox inkişaf etmişdir.Hər il infrastruktur layihələri həyata keçirilir ki, bütün bu işlər də öz müsbət nəticələrini verməkdədir.

Prezident İlham Əliyevin hər il verdiyi sərəncamlar müxtəlif aspektlərdə həyata keçirilir. İndi bütün ölkədə olduğu kimi , Gəncəyə gedən avtomobil yolları tam müasir standartlara cavab verir. Avtomobil yolunun təmiri tam müasir tələblərə uyğun aparılıb. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilir. Gəncə şəhəri Azərbaycanın ikinci böyük şəhəri olamaqla yanaşı hər zaman diqqət mərkəzində olmuş şəhərlərdən biri olaraq bilinməkdədir. Şəhərin istər təhsil sahəsində , istər idman, incəsənət eyni zamanda abadlaşdırılması istiqamətində görülən işlər göz qabağındadır.
Səhiyyə sahəsindəki yeniliklər- şəhər xəstəxanasının yenidən tikilməsi təqdirə layiq işlərdən hesab olunur. Bütün bunlar Gəncə şəhərinin yenidən abadlaşdırılması üçün görülən işlərin nəticəsidir. Ümumiyyətlə , ötən on səkkiz il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə 18 dəfə rəsmi səfərdə olub. Bu isə Gəncəyə həmişə yüksək səviyyədə olan diqqətin bariz nümunəsidir.
Həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. Bu yol iki zolaqdan dörd zolağa genişləndirilib.Gəncə-Bakı dəmir yolu xəttinin də tam modernləşdirilib, xəttə dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən komfortlu sürət qatarları buraxılıb. Dünyanın aparıcı İsveçrə şirkəti tərəfindən istehsal edilən bu qatarlar həm vaxt baxımından çox əlverişlidir, həm də ki, rahatdır. Bu, əslində, Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. Gəncə Beynəlxalq Hava Limanı da uzun illər bundan əvvəl yenidən qurulub.Bütün bunlar əsas infrastruktur layihələridir. Bunlar həll olunmadan şəhərin inkişafından söhbət gedə bilməzdi. Bununla paralel olaraq, əlbəttə ki, həm səhiyyə, həm təhsil sahəsində bütün sosial infrastruktur yenilənib.Gəncədə 245 çarpayılıq şəhər xəstəxanası demək olar ki, yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb. Şəhərdə 30-dan çox məktəb tikilib və təmir edilib. Bu problemin böyük hissəsi öz həllini tapıb. Görülən bütün bu işlər şəhərin inkişafı istiqamətində görülür və xalqın məmnuniyyətini təmin edir.

Mamedova Fəridə
Azərbaycan Dövlət Pedoqoji Universiteti/SABAH qrupları

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image