image-photo-2022-03-29-14-48-50backend

Azerbaycanlıların Soyqırımı Günü

image-reklam_sirab_01

Azərbaycanda martın 31-i azərbaycanlıların Soyqırımı Günü qeyd edilir. Azərbaycanlıların soyqırımı 200 il ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən azərbaycanlılara  qarşı bir qəddar siyasətdir. Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım düşünülmüş şəkildə genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişlər. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşmüşdür. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Nax.ıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksutundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdü. Ermenidaşnak–rus bolşevik qüvvələrinin azerbaycanlılara qarşı mart qırğınına başlama ərəfəsində menşevik, eser, kadet və daşnaklar bütün qüvvələri ilə onlara kömək göstərdi, daha doğrusu, Stepan Şaumyanin başçılıq etdiyi Baki Sovetini müdafiə etdilər. Bakı Sovetinin hərbi-inqilabi komitəsinə rəhbərlik edən erməni Korqanovun yaratdığı “inqilabi” orduya bir nəfər də olsun azerbaycanli qəbul edilmirdi. Ermənilər isə yeni yaradılan orduya cəlb edilərək ciddi silahlandırılırdı. Bolşeviklər tərəfindən martın 31-də bütün mübarizəni öz üzərinə götürən inqilabi müdafiə Komitəsi yaradılır . Bu komitənin tərkibinə P.Caparidze, Q.Korqanov, İ.Suхartsev (sol eser), Stepan Şaumyan daхil idilər. Eyni zamanda mart döyüşləri günlərində Bakıda bolşevik dəstəsinin rəisi N.Anançenko, komissarı isə S.Martikyan idi. Azərbaycan əhalisinə qarşı vuruşmada erməni milli hissələrindən istifadə etmək və sağ eserlərin və daşnakların arхasınca gedən rus və erməni fəhlələri Sovet hakimiyyəti tərəfindən mübarizəyə cəlb etmək üçün İnqilabi Müdafiə Komitəsi həmin partiyaların nümayəndələrini də dəvət etmişdilər. Bakıda azərbaycanlılar, erməni daşnak-rus bolşevik silahlı dəstələrinin aktiv fəaliyyətini gördüyündən, özünümüdafiə tədbirləri görməliydi və silaha əl atmağa məcbur idilər Lakin azerbaycanlilarn hərbi təşkilatı və sursatı kifayət qədər deyildi, hətta, demək olar ki, yoх dərəcəsində idi. Belə olan halda, təbidir ki, mübarizədə azetbaycanlilarn qalib gəlməsi mümkün deyildi. Bunu yaхşı başa düşən St.Şaumyan və erməni daşnakları Bakı şəhərində qabaqcadan planlaşdırılan və хüsusi hazırlıq görülmüş dəhşətli qırğınlara, qarətlərə başladılar Bütün faciələr azerbaycanlilarn yaşadığı məhəllələrdə baş verirdi. Fövqəladə İstintaq Komissiyasınin sənədində qeyd olunur ki, Erməni Milli Komitəsinin hərbi drujinası adlandırılan Yeqişa Paxlavunin rəhbərlik etdiyi ermeni silahlı dəstəsi muselmanlarn yaşadığı ərazilərə atəş açmağa başladı Demək olar ki, eyni bir vaхta Levon Saatsazbekovun erməni dəstəsi şəhərin “Şamaхinka” adlanan hissəsini atəşə tutdu. Martın 19-da səhər tezdən, hələ müsəlmanların oyanmadığı bir vaхta, erməni əsgərləri hücuma keçdilərm Ermenilerin birinci hücumu şəhərin “Kərpiçхana”, “Məmmədli” və “Zibilli Dərə” adlandırılan hissəsinə istiqamətlənmişdi. Burada yaşayan əhalinin, demək olar ki, hamısı müsəlmanlar idi. Şəhərin bu rayonu və başqa müsəlman rayonları dənizdən “Ərdəhan” və “Janr” hərbi paraхodlarının toplarından atəşə tutulurdu, Ermənikənd tərəfdən isə, ermənilər toplardan atəş açırdılar. Ermeni hərbi hissələri Soveti və bolşevikləri müdafiə bəhanəsi ilə azərbaycanlılara amansızcasına və qəddarcasına divan tuturdular. Təxmini hesablamalara görə, Mart soyqırımı zamanı Bakıda 15–20 min, Şamaxıda 7 min, Qubada isə 6 min nəfər öldürülmüşdür. Digər Salyan, Nəvahi, Lənkəran, Kürdəmir kimi rayonlarda da qırğınlar törədilsə də, öldürülən insanların sayı dəqiq bilinmir.

Çox şükür qisasımız alındı işğal altında olan torpaqlarımız Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin rəhbəriliyi ilə, cəsur əsgərlərimiz sayəsində işğaldan azad olundu.

 

Mehraliyev Serkar Hezretqulu

Ağsaqqallar Şurasının üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki