image-ramazan_600x400backend

Azercell-dən özəl Ramazan kampaniyasında 2GB hədiyyə!

image-reklam_sirab_01

 Ölkənin lider mobil operatoru “Azercell Telekom”un müqəddəs Ramazan ayı münasibətilə öz abunəçilərinə xüsusi hədiyyəsi var. Bu bayram ayında hər kəsə xoş ovqat bəxş etmək məqsədilə Azercell özəl Ramazan kampaniyası iştirakçılarına 2GB həcmində internet paketlərini hədiyyə edir.

Kampaniyanın şərtlərinə əsasən, 9 aprel – 2 may 2022-ci il tarixlərində Azercell fakturasız xətt (SimSim) sistemindən istifadə edən abunəçilərə Ramazan ayının ruhuna uyğun olaraq imsak vaxtında istifadə üçün 2GB internet paketi təqdim olunur. Hədiyyə paketini əldə etmək üçün fakturasız xətt abunəçiləri Aylıq İnternet paketlərindən birinə (500MB, 1GB, 5GB, 10GB, 30GB, 50GB), yaxud “Sərbəst” tariflərindən birinə və ya GəncOL 6/9 tariflərindən birinə qoşulmalıdır. Təqdim olunan paketdən 2 may tarixinə qədər 02:00 -06:00 saatları arasında istifadə etmək mümkündür.

Kampaniya haqqında daha ətraflı məlumatı “Azercell Telekom” MMC-nin rəsmi veb-səhifəsindən əldə etmək mümkündür: https://bit.ly/ramazan-campaign-az

Hər zaman abunəçilərinə xüsusi bayram hədiyyələri təqdim edən Azercell şirkəti Ramazan ayı münasibətilə hər kəsi təbrik edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki