image-6266d0c11dfd16266d0c11dfd216509052816266d0c11dfcf6266d0c11dfd0backend

Bakıda avtobusun ötdüyü “Ferrari”nin sürücüsü görün kim imiş – VİDEO

image-reklam_sirab_01

Gördüyünüz bu video son günlər sosial şəbəkələrdə ən çox müzakirə olunan videolardan biridir.

Videoda “Ferrari” ilə Aeroport yolunda yarışan digər maşını 132 nömrəli marşurutun avtobusu ötmə əməliyyatı edərək, gedirdə qoyur. Videonun davamında isə avtobusun qapısından tutaraq mənzil başına çatmaq istəyən adamları görürük.

Məsələni araşdırmaq üçün “Ferrari”nin sürücüsün kimliyi ilə maraqlandıq. Qarşılaşdığımız fakt isə bizi kimi yəqin ki, sizin də təəcübünüzə səbəb olacaq. Sən demə, 20 saniyəlik video, 20 günə yığılmış qrafik montajdır. Videoda tək real olan isə, “Ferrari”nin sürücüsü kimi görünən Ayxan Azaddır.

Ayxan Azad deyir ki, izləyicilərin maraqlarını artırmaq üçün, sərnişinlərin avtobusdan sallanmağı və onun “Ferrari” kimi bir markanı keçməsi qəsdən düşünülüb. Sosial şəbəkələrdə daha sonradan yayılan 132 nömrəli avtobusun qəza fotosu isə daha əvvəllər olmuş bir qəzanın görüntüsüdür.

Qrafik dizaynerin sözlərinə görə, bu tipli videolar hazırlamaq onun hobbisidir. 20 günə ərsəyə gələn bu videoya gündə 1 saat vaxt sərf edib. Lakin 20 saat sərf olunmaqla bir gün ərzində bu tipli videolar ərsəyə gətirmək olar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki