“Azərbaycanda yaşayan Fransa vətəndaşları aprelin 10-da Bakıda yaradılmış seçki məntəqəsinə gələrək prezident seçkilərində iştirak ediblər. Fransa vətəndaşları aprelin 24-də seçkilərin ikinci turunda səs verəcəklər”.
Veteninfo.az xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross tviter səhifəsində yazıb.
“Növbəti 5 ildə ölkəyə kimin rəhbərlik edəcəyini müəyyən etmək üçün Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək. Bakıda yaşayan fransız seçicilər bu həlledici qərarın qəbul edilməsində iştirak etmək üçün Fransız Liseyinə gedə bilərlər”, – səfirin paylaşımında deyilir.
Xatırladaq ki, seçici bülletenlərinin 97%-nin hesablanmasından sonra Fransanın hazırkı Prezidenti Emmanuel Makron ilk turdan sonra seçicilərin 27,6%-nin səsini qazanıb. İkinci yerdə 23,41% səslə Marin Le Pen qərarlaşıb.