image-reklam-veteninfo
image-6221af50a3ac86221af50a3ac9164637473641ec0c20cdaeec208757615635148623backend

Bakının seysmik mikrorayonlaşdırılması xəritəsi hazırlanır

image-reklam-veteninfo

Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması xəritəsi hazırlanır.

Bunu  Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, Bakı seysmik baxımdan mürəkkəb quruluşa malikdir:

“Bu səbəbdən proses hazırda davam edir və uzunmüddətlidir. Bu proses 3-4 il davam edə bilər. Məsələn, Yasamal rayonunun bir tərəfi 6, bir tərəfi 7 bal gücündə zəlzələyə davamlı ola bilər. Bakı ərazisində olan bütün tikililərlə bağlı məlumatlar seysmik mikrorayonlaşdırılma xəritəsində öz əksini tapacaq”.

Q. Yetirmişli deyib ki, prosesin gedişatında əvvəlcə Bakının ayrı-ayrı rayonlarının seysmik göstəriciləri müəyyən edilir. O əlavə edib ki, bu zaman tikililərə verilən seysmik rəylər də nəzərə alınır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki