“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti Baş Muğan kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılmasının və layihə sənədlərinin hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Veteninfo.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “ESPM Eser Proje ve Mühendislik Anonim Şirketi”nin yerli filialıdır.
Qalib şirkətə 1,722 milyon manat (təxminən 1 milyon ABŞ dolları) ödəniləcək.