“Məktəbdə…” layihəsinin növbəti görüşü dekabrın 13-də paytaxtdakı 193 nömrəli tam orta məktəbdə keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı bestseller əsərlərin müəllifi, yazıçı-publisist Rövşən Abdullaoğlu olacaq.
Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.