image-reklam-veteninfo
image-1backend

Beynəlxalq İnstitut: “ Rusiya  İranı gücləndirir” 

image-reklam-veteninfo

Robert Lansinq Qlobal Təhdidlər və Demokratiyaların Tədqiqi İnstitutu, Rusiyanın İrana hərbi texnika göndərməsini “iki ölkə arasında dərin müdafiə ittifaqının formalaşması” kimi qiymətləndirib. İnstitutun hesabatına görə, Rusiyanın Fars körfəzində İslam Respublikasını əsas balanslaşdırıcı qüvvə kimi gücləndirmək məqsədi daşıdığı görünür.

Vətəninfo.az xəbər verir ki, hesabatda, Rusiya tərəfindən göndərilən hərbi texnikanın, o cümlədən hava hücumundan müdafiə sistemləri və döyüş aviasiyası avadanlığını daşıyan ağır nəqliyyat təyyarələrinin istifadəsi, Moskvanın İranla olan hərbi əməkdaşlığını daha da dərinləşdirdiyini göstərir.

Bu yeni əməkdaşlıq ABŞ-nin Yaxın Şərq siyasətini ciddi şəkildə təhdid edir. Robert Lansinq İnstitutu, Rusiyanın İrana hərbi texnika göndərməsinin, Amerikanın silah və texnologiya ixracı üzərindəki nəzarətinə zərbə vurduğunu qeyd edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki