Ötən ay dövlət sərhədində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 186 kq 679 qram narkotik vasitəyə və 8827 ədəd psixotrop həbə bənzər maddələr aşkarlanaraq götürülüb.
Veteninfo xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, narkotik qaçaqmalçıları 2 halda sərhəd naryadlarına qarşı odlu silahdan istifadə edib, təlimata uyğun sərhədçilərin silahdan tətbiqi nəticəsində 2 halda 2 nəfər sərhəd pozucusu zərərsizləşdirilib.
“Qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində həyata kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 4 milyon 584 min 557 manat оlan qaçaqmal saxlanılıb”- deyə məlumatda bildirilib.