image-reklam-veteninfo
image-31-10-2025-bqs-me-7backend

Birinci Qarabağ müharibəsi şəhidi Əliyev Mikayıl Atababa oğlu dəfn olunub

image-reklam-veteninfo

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən biri olan Əliyev Mikayıl Atababa oğlu Xəzər rayonu Zirə qəsəbəsində torpağa tapşırılıb.

31 oktyabr 2025-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid Əliyev Mikayıl Atababa oğlunun ailəsinin yaşadığı Xəzər rayonu Zirə qəsəbəsindəki evində vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhid Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ruhuna dualar oxunub, məzarına güllər düzülüb, əklillər qoyulub. Daha sonra ehsan süfrəsi təşkil olunub.

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin döyüş yoldaşları, qazilər, media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, şəhid Mikayıl Əliyev 1968-ci ildə Bakıda anadan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib, 26 fevral 1992-ci ildən Xocalıda itkin düşmüş hesab olunurdu.

http://nizami-ih.gov.az/az/news/birinci-qarabag-muharibesi-sehidi-eliyev-mikayil-atababa-oglu-defn-olunub.html


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki