image-birkart-komissiyasizbackend

BirKart-da nağdlaşma və köçürmələr komissiyasız oldu!

image-reklam_sirab_01

BirKart-ın bəzi şərtlərinə dəyişikliklər tətbiq edildi. BirKart debet kartlarında nağdlaşdırma və köçürmə komissiyası 0%-ə endirildi, taksit kartları üzrə güzəşt müddəti isə 40 gündən 60 günədək artırıldı. Hazırda ölkə üzrə taksit kart payının 60%-i BirKart-ın üzərinə düşür və yeni şərtlər kartı müştərilər üçün daha sərfəli edəcək.

 

Artıq BirKart debet kartı sahibləri Azərbaycanda sayı 1000-dən çox olan Kapital Bank bankomatlarında vəsaiti komissiyasız nağdlaşdıra bilərlər. Üstəlik həmin kartların istifadəçiləri ölkədaxili istənilən bank kartına köçürmə zamanı komissiya haqqı ödəməyəcəklər. Hər iki yenilik ay ərzində həyata keçirilən 4000 AZN məbləğədək olan əməliyyatlara şamil edilir.

 

Daha bir yenilik isə BirKart taksit kartı sahibləri üçün nəzərdə tutulub. Belə ki, BirKart taksit kartlarından istifadə edənlər indi 40 günədək deyil, 60 günədək güzəşt müddətindən faydalana biləcəklər.

 

Qeyd edək ki, BirKart-ın 4 növü var: Taksit, Cashback, Miles və Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 60 günədək güzəşt müddəti, kartı idarə etmək üçün rahat mobil tətbiqi, loyallıq sistemləri və pulsuz SMS məlumatlandırma xidməti. BirKart-ın ölkə üzrə 10 000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

 

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 50) 999 81 96 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki