Azərbaycan tarixinin tarixi mərhələlərinə nəzər salsaq görərik ki, hər bir dövr öz tarixi şəxsiyyətini yetişdirib, həmin tarixi şəxsiyyətdə öz dövrünün xilaskarı, xalqının lideri olub. Məhz XX əsrin tarixi şəxsiyyəti də ulu öndər Heydər Əliyev olmuşdur. Bu gün müasir, gənc Azərbaycan dövlətinin banisi, qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsindəyik. Dahi şəxsiyyət, uzaqgörən lider Heydər ömrünün yarıdan çoxunu xalqına, dövlətinə həsr etmiş, dövlətçiliyimizi əbədi etmişdir. Hər zaman çıxışlarında “Azərbaycanın müstəqilliyi əbədidir, daimdir, döməzdir.” deyən ulu öndər bunu söz olaraq deyil, əməli olaraq da təsdiq etmişdir.
Hər kəsə məlumdur ki, ümummilli lider öz dövrünün böyük tarixi şəxsiyyəti, uzaqgörən siyasətçisi olmuşdur. 1993-cü ildə hakimiyyətə yenidən qayıdışı ilə formal müstəqillik əldə etmiş Azərbaycanı faktiki, müstəqil ölkə kimi dünya arenasında tanıtmağa müvəffəq oldu. Dahi lider nəinki müstəqilliyimizi tanıtdı, eyni zamanda dövlətimizi, xalqımızı yox olmaq təhlükəsindən xilas etdi. Qısaca xatırlatma olaraq qeyd etmək istəyirəm ki, ulu öndər hakimiyyətə elə bir dönəmdə gəlmişdi ki, ölkədə vəziyyət gərgin idi, erməni separatçılarının Dağlıq Qarabağda ard-arda torpaqlarımızı ələ keçirməsi, yüzlərlə dinc, əliyalın insanlara divan tutulması, hakimiyyət uğrunda çəkişmələr, siyasi gərginlik, iqtisadi tənəzzül dövlətçiliyimizi təhlükə altına qoymuşdu.
Xalqın təkidi ilə hakimiyyətə gələn ulu öndər ilk öncə atəçkəsə nail olmağa, yeni torpaqların itirilməsinin qarşısını almağa müvəffəq oldu. Dövlətimizin iqtisadi gücünü bərpa etmək məqsədilə “Əsrin Müqaviləsi”ni imzaladı. Dövlətimizin güclənməsi üçün bir çox sahələrdə uğurlu islahatlar həyata keçirdi. Onun uzaqgörən siyasəti nəticəsində ölkəmiz artıq inkişaf mərhələsinə qədəm qoydu.
Ulu öndər təsadüfi deyildi ki, bütün dünya ölkələrində uzaqgörən siyasətçi kimi tanınırdı. Deyərdim ki, məhz uzaqgörən siyasətinin nəticəsində yaşadığımız “Şanlı Zəfər Günü”, “Qələbə Günü”nün təməli məhz illər öncə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Hələ SSRİ hakimiyyəti dövründə rəhbər vəzifədə çalışan zaman Azərbaycanda Hərbi məktəbin, hərbi liseyin yaradılmasına, ordumuzda milli kadrların yetişməsinə nail oldu. Dövlətçiliyin, azərbaycançılığın ideologiyaya çevrilməsi nəsildən-nəsilə ötürülməsi məhz bu günümüzün vətənpərvər, milli ruhda, cəsarətlə böyüyən gənc nəslini formalaşdırdı. O gənclər ki,onlar torpaqlarımızın azadlığı uğrunda bir an belə düşünmüdən, könüllü olaraq ordu sıralarına yazıldılar, bu gün canları, qanları bahasına bu qələbə sevinci bizə yaşatdılar. Hər zaman çıxışlarında ümummilli lider gələcəyin təminatçısı olan gənclər qarşısında dövlət müstəqilliyimizin qorunması, ərazi bütövlüyümümzün bərpa olunması kimi şərəfli bir vəzifə qoyurdu. Onun gənclərə olan inam və etimadi, diqqət və qayğısı gəncləri daim ruhlandırırdı. ”Gənclər bizim gələcəyimizdir.” deyən ulu öndər bütün sahələrə gənclərin cəlb olunmasına çalışırdı. Gənclərin qaynar enerjisindən, potensial imkanlarından istifadə edərək onlara düzgün yön, istiqamət verilməsini dövlətin başçlıca siyasi xətti hesab edirdi. Təhsil, Səhiyyə, Mədəniyyət sahələrində də böyük işlərə imza atan ümummilli lider xalqın rifahı halını yaxşılaşdırmışdır.
Bu gün bu siyasəti, bu ideologiyanı, bu irsi uğurla davam etdirən cənab prezident, Ali baş komandan İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehiban xanım Əliyeva hər zaman dövlətimizin inkişafı üçün bütün güclərini səfərbər etmiş, artıq dövlətimizin çiçəklənməsindən, dinamik inkişafından sonra Azərbaycanın beynəlxalq səviyyədə güclü bir dövlət kimi tanıtmağa müvəffəq olmuşdular.Dünya arenasında arıq “Dəmir yumruq” deyilən bir siyasi xətt öyrənilməkdədir. O siyasi xətt ki, 30 ilə yaxın düşmən tapdağı altında olan, illərdir xalqın həsrətlə gözlədiyi Qarabağımızı bizə geri qaytardı. Bu qələbə sevincində təkcə rütbəli hərbiçilərimizin deyil, yüzlərlə siravi, könüllü gənclərimiz əziyyəti, zəhməti oldu. Xalq olaraq, ordu olaraq hər bir kəs cənab ali baş komandanın ətrafında yumruq kimi bir olaraq onun əmrinə tabe olduq. Biz artıq dünyada birlik nümunəsinə çevrilmişik. Çünki biz ulu öndərin yaratmış ölduğu dövlətin varisçiləriyik, biz onun ideologiyasının davamçılarıyıq.
Çıxışımın sonunda müstəqillik tariximizdə zəfər çalmış xalqın bir nümayəndəsi olaraq, Ulu öndər Heydər Əliyevi dərin hörmət və ehtiramla anır, ulu öndərin fikri ilə sözümü bitirmək istəyirəm ki, “Mən fəxr edirəm ki,azərbaycanlıyam” bəli mən fəxr edirəm ki, güclü lideri olan dövlətin vətəndaşıyam, mən fəxr edirəm ki, 30 illik həsrətə son qoyan igidlərin yetişdirdiyi vətənin övladıyam, mən fəxr edirəm ki, hər bir mübarizədə bir olan, birlik nümayiş etdirən xalqın, millətin nümayəndəsiyəm.
ATİAHİ Nəsimi rayon komitəsinin sədri
Reyhan Ocaqova