BMT-in Ətraf Mühit Proqramının ekspertləri Qarabağa səfər ediblər.
Veteninfo.az-ın xəbərinə görə, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Tvitter”-də paylaşım edib.
Qeyd olunub ki, səfər zamanı ekspertlərə bölgənin ekoloji vəziyyəti göstərilib, gələcək inkişaf planı haqqında məlumat verilib.