Saat 15:00-a olan məlumata əsasən Azərbaycanda müşahidə olunan güclü şimal-qərb küləyi tədricən zəifləyib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21 m/s, Neftçalada 23 m/s, Şahdağda 20 m/s, Naftalanda 18 m/s, Ağdamda 16 m/s-dir. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.4 metrə çatıb.
Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur. Xaltan, Şabran, Altıağac, Xaçmaz, Qubada yağış, Qusar (Laza), Qrız, Xınalıqda qar yağır.