Mülki əhalinin təxliyyəsi üçün bu gün Ukraynada humanitar dəhlizlər açılmayacaq.
Veteninfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk “Telegram”da bildirib.
“Bu gün, aprelin 22-də yollarda yaranan təhlükə ilə əlaqədar humanitar dəhlizlər olmayacaq. Təxliyəni gözləyənlərin hamısına müraciət edirəm: səbr edin, lütfən!”
Xatırladaq ki, bu həftənin əvvəlində üç gün davamlı olaraq ölkədə humanitar dəhlizlər açılmayıb.
Aprelin 21-də isə 80 nəfərin olduğu 4 avtobus Mariupoldan Zaporojyəyə çatıb.