image-623040b62a3e7623040b62a3e816473294620fd8ff56a8a39d535ab3ed0569500c2ebackend

Bu il 40 min hektar ərazi minalardan təmizlənəcək

image-reklam_sirab_01

“2021-ci ildə azad olunmuş ərazilərin minalardan təmizlənmə əməliyyatları nəticəsində 20 min hektardan çox ərazi təmizlənib”.

Veteninfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, görülmüş tədbirlər nəticəsində bu il minalardan təmizlənən ərazilərin sahəsi 2 dəfə artırılacaq və 40 min hektar ərazi minalardan təmizlənəcək: “Azad olunmuş ərazilərin kənd təsərrüfatı potensialı mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının tapşırığına uyğun olaraq azad olunmuş torpaqların ərazilərində 100 min hektar ərazidə əkin işləri aparılacaq. Ərazi bütövlüyünün bərpa edilməsi nəticəsində vaxtilə itirilmiş su ehtiyatlarına sahib çıxmağımız bu sahənin inkişafı potensialını daha da artırır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki