Bazar ertəsi Vyetnamla sərhədə yaxın Çinin Baise şəhərinin (Quangxi Zhuang Muxtar Bölgəsi) səlahiyyətliləri, COVID-19 hadisələri ilə əlaqədar olaraq karantin tətbiq edildiyini elan edib. Təxminən 3,6 milyon əhalisi olan şəhərdə şənbə günündən bazar ertəsi gününə qədər 99 COVID-19 hadisəsi qeydə alınıb. Hadisələrdən ikisi koronavirusun daha yoluxucu Omicron ştammı ilə bağlıdır. Səlahiyyətlilərin əmrinə əsasən, sakinlər evdə qalmalı və onlar yalnız ən zəruri əşyaları almaq və COVID-19 üçün test etmək üçün evlərini tərk etməlidirlər. Həmçinin, sakinlərdən dükanlara özləri getməmək, evlərinə qədər malların çatdırılmasını seçmək tövsiyə edilib. Qeyd edək ki, məktəblərin fəaliyyəti də dayandırılıb.
Turqay Musayev