Bu sözləri Professor Hamlet İsaxanlı 6 Dekabr 2024-cü il tarixində XƏZƏR Universiteti, Cəfər Cabbarlı adına ev muzeyi və DÜNYA Məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının böyük sənətkarı, Turançılıq məfkurəsinin təbliğatçısı, görkəmli ədib Cəfər Cabbarlının 125 illiyinə həsr edilmiş tədbirdə dedi.
“Türk dünyasında Azərbaycan dili və Ədəbiyyatı araşdırmaları” I Beynəlxalq elmi simpozium çərçivəsində keçirilən tədbirdə Türkiyə və Orta Asiya respublikaları – Özbəkistan, Qazaxıstan, Qırğızıstandan alim və tədqiqatçılar, Azərbaycan ziyalıları, media mənsubları, jurnalistlər tədqiqatçılar iştirak edirdilər.
Tədbirdə ədibin pyeslərindən tamaşalar nümayiş olundu, “Sevil” operasından parçalar səsləndirildi.