image-reklam-veteninfo
image-1backend

Cənubi Koreya prezidenti: Şimali Koreya ilə istənilən an müharibə ola bilər  

image-reklam-veteninfo

Cənubi Koreya Prezidenti Li Jae-myung Şimali Koreya ilə vəziyyətin son dərəcə gərgin olduğunu və istənilən an planlaşdırılmamış toqquşmanın baş verə biləcəyini bildirib. Vətəninfo.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Jurnalistlərlə görüşdə Li Jae-myung iki ölkə arasındakı münasibətləri “hər an nəzarətdən çıxacaq dərəcədə təhlükəli” adlandırıb. O vurğulayıb ki, mövcud vəziyyətdə dialoqu təşviq etmək üçün səbr və davamlı səylər vacibdir.

“Koreyalararası münasibətlər çox düşmən və qarşıdurma yönümlü məcraya daxil olub. Şimali Koreya heç bir əsaslı səbəb olmadan son dərəcə radikal davranış nümayiş etdirir”, – dövlət başçısı qeyd edib.

Li Jae-myung əlavə edib ki, Seul və Pxenyan arasında sərhədlə bağlı fikir ayrılıqları davam etdiyi bir şəraitdə, Şimali Koreya demarkasiya xətti boyunca üçqat tikanlı məftillər çəkməyə başlayıb. Bu addım regionda gərginliyi daha da artıran faktor kimi qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki