“Coca-Cola” şirkəti bu gün Rusiyadakı fəaliyyətini dayandırdığını açıqlayıb.
Şikətdən bildrilib ki, hadisələrin gedişatı izləniləcək və baş verənlərə uyğun addım atılacaq.
“Ürəyimiz Ukraynadakı faciəli hadisələrdən əziyyət çəkən insanların yanındadır. Hadisələrin inkişafını izləməyə və qiymətləndirməyə davam edəcəyik”, – deyə şirkətdən bildirib.
Xatırladaq ki, dünyaca məşhur “McDonald’s” və “KFC” də bu gün Rusiyadakı fəaliyyətini müvəqqəti dayandırıb.