Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mübariz Şahmurovun nəşinin qalıqları ailəsinə təqdim olunub.
Vətəninfo.az xəbər verir ki, bu gün şəhidlə ailəsinin yaşadığı Bakının Atatürk prospektində evdə vida mərasimi keçirilib.
Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Keşlə Şəhidlər xiyabanında dəfn olunub.
Mübariz Şahmurov 1963-cü ildə Sabirabad rayonunun Navdan kəndində anadan olub. 26 fevralı 1992-ci ildə Xocalı şəhərində itkin düşüb.


























