Bakıya bir damcı yağış düşən kimi küçələrin, yolların suya qərq olduğu günlər çox da uzaqda deyil.
Bu gün isə fərqli mənzərə görürük.
Yağış suları küçələrdə yığılıb qalmır, yaranan su axıntıları operativ şəkildə aradan qaldırılır. Drenaj sistemləri işləyir, zərurət yarandıqda əlavə xüsusi texnika və mexanizmlər işə salınır.
Bu, problemin bir gündə həll edilməsi deyil. Bu, problemin mərhələli şəkildə idarə olunmasının nəticəsidir.
Prezident İlham Əliyevin 12 yanvar 2026-cı ildə imzaladığı “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı” məhz bu problemlərin sistemli həlli üçün yeni mərhələ açıb.
Hələ yolun başlanğıcındayıq. Proqramın ilk mərhələsi 2026–2030-cu illəri əhatə edir. Bu mərhələdə mövcud infrastrukturun yenilənməsi, yağış sularının idarə olunması və müasir texnologiyaların tətbiqi nəzərdə tutulur.
Yəni bu gün gördüyümüz mənzərə son nəticə deyil.
Əsas dəyişikliklər hələ qarşıdadır.
Tədricən Bakı yağışdan sonra su basan şəhərdən, yağış suyunu idarə edə bilən müasir şəhərə çevriləcək.
Və görünür, bu dəyişiklik artıq başlayıb…


























